“WhatsApp”da müşahidə olunan kiberdələduzluq halları ilə bağlı XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Son günlər “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz
giriş cəhdlərində artım müşahidə olunur.

Trend
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat
yayıb.

Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi
görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə
istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını
ələ keçirməyə çalışırlar.

Bu kod paylaşdığı halda, onun “WhatsApp” hesabı ələ keçirilir.
Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin
yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi
məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara “WhatsApp”
hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini
görməyi tövsiyə edir:

* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.




* ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.

* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını
aktivləşdirin.

* ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə
müraciət edin.

* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və
s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.

* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə
edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.