
“Neftçi” Azərbaycan derbisində 16 oyundur “Qarabağ”ı məğlub edə bilmir.
“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Derbidə ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur – 9 oyun (02.05.2023-dən indiyədək davam edir). Komandalar arasında ən uzun heç-heçə seriyası 2 dəfə qeydə alınıb – 3 oyun (12.02.1995 – 06.03.1996 və 25.11.2007 – 08.11.2008). “Neftçi”nin ən uzun qələbə seriyasından 21 il ötüb – 3 oyun (11.07.2003 – 05.12.2004).
Derbidə ən uzun qələbəsiz seriya “Neftçi”nin passivindədir – 16 oyun (19.05.2021-dən indiyədək). Ən uzun heç-heçəsiz seriya 10 oyun olub (20.09.2020 – 02.12.2022).
“Qarabağ”ın ən uzun qələbəsiz seriyaları 2 dəfə qeydə alınıb – 7 oyun (02.10.1994 – 11.12.1996, 22.08.2005 – 08.11.2008).
Ən uzun qol seriyası “Qarabağ”ın aktivindədir – 16 oyun (12.09.2021-dən indiyədək davam edir). “Neftçi”nin ən uzun qol seriyası 6 oyundan ibarətdir (11.07.2003 – 16.02.2006).
Hər iki klubun ən uzun qolsuz seriyaları 5 oyun davam edib – “Qarabağ” (16.02.2006 – 17.05.2008), “Neftçi” (26.04.2009 – 15.05.2010 və 04.05.2024 – indiyədək).
Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun “Qarabağ” – “Neftçi” matçı noyabrın 11-də “Azərsun Arena”da, saat 18:44-də start götürəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

