Qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı 4748 obyektə monitorinq keçirilib

Baş səhifə

Bakı. Trend:

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin
2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq
baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab
verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi
hallarının qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi
Agentliyi aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl
monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, bu
barədə AQTA məlumat yayıb.

Bildirilir ki, tədbirlər çərçivəsində bu ilin əvvəlindən 3
noyabr tarixinədək olan dövr ərzində respublika üzrə 4748 heyvan
kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.




Monitorinq zamanı 712 heyvan kəsimi və ət satışı mağazası ilə
bağlı inzibati tədbir görülüb, 67-də isə qanunsuz heyvan kəsimi ilə
əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış
qurğulardır) sökülüb.

Bundan başqa, 1276 halda ətlərin soyuducuda saxlanılmadığı, 1297
halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata
keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi
göstərişlər verilib.