
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi
(ASB) sammitində iştirak etmək üçün İrəvana dəvət olunub.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri
Nikol Paşinyan İrəvanda keçirilən “Sülhün qurulması və çoxtərəfli
əməkdaşlıq” forumunda çıxışında danışıb.
O, Ərdoğanın dəvəti qəbul edəcəyinə və sammitdə iştirak
edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin sammiti 2026-cı ilin
may ayında İrəvanda keçiriləcək.

