
Bakı. Trend:
4 noyabr, Bakı – Azərbaycanın aparıcı e-ticarət platforması
Birmarket 3 noyabr 2025-ci il
tarixində Heydər Əliyev Mərkəzində Ticarətçilər Forumu keçirib.
Forumun məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri
bir araya gətirərək onların təcrübəsini bölüşmək, qarşılıqlı
əməkdaşlığı gücləndirmək və ticarət sənayesinin inkişafı üçün yeni
imkanlar təqdim etmək olub.
Açılış nitqində Birmarket-in Baş İcraçı Direktoru Rauf
Qulaməliyev bildirib ki, şirkət fəaliyyətini satıcıların inkişafı
və müştəri yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində
qurub:
“Bizim üçün hər bir satıcı tərəfdaşdır. Platformamız onların
işini texnologiya, logistika və marketinq baxımından dəstəkləyir.
Məqsədimiz onların daha çox qazanmaları və öz müştəriləri ilə daha
güclü münasibət qurmalarıdır. Dünya təcrübəsi də göstərir ki,
Birmarket kimi platformalar ölkədə biznesi inkişaf etdirir və onu
irəli aparır”.
O əlavə edib ki, Birmarket hazırda ölkə üzrə 1500-dən çox “Gəl
Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5
milyondan çox məhsulu saxlama imkanı ilə ticarətçilərə geniş
infrastruktur təqdim edir və Bir Ekosistem-ə inteqrasiya hazırda
Birmarket satıcılarına daha geniş imkanlar yaradır:
“Birbank-ın 4 milyona yaxın aktiv müştərisi artıq platformadakı
məhsulları öz tətbiqlərində görə və ala bilirlər. İlk
inteqrasiyadan sonra bir ay ərzində 1 milyon yeni istifadəçi
platformaya qoşuldu. BirBonus ilə 2 milyondan çox istifadəçi
bonuslar toplayır və onları Birmarket-dəki mağazalarda
xərcləyirlər”.
Forum çərçivəsində ilin ən yüksək nəticələrinə imza atan
satıcılar səkkiz kateqoriya üzrə mükafatlandırılıb. Tədbirdə
həmçinin Birmarket, Birbank və M10 stendləri təqdim olunub,
partnyorlarla birbaşa ünsiyyət və rəy mübadiləsi aparılıb.
Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal
ekosistemi olan Bir Ekosistem Birbank, m10, MilliÖn, Birmarket,
BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini
vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan
ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və
müştərilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat
ehtiyaclarını innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya
olunmuş istifadə təcrübəsi təqdim edir.

