Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz ümumi daxili məhsulu (ÜDM) nominal ifadədə 63 %, real ifadədə 34 % artıb.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Gələn il bu rəqəm 101,7 milyard və yaxud bu illə müqayisədə 5 % real artımla proqnozlaşdırılır”, – deyə o əlavə edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

