
Bakı. Trend:
Bu il Azərbaycanda əsas kapitala cəmi investisiya qoyuluşu 22,6
milyard manat, 2026-cı il üzrə isə 24,6 milyard manat təşkil
edəcəyi proqnozlaşdırlır.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə
Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini
tapıb.
Sənədə əsasən, bu göstəricilər üzrə real artım tempinin müvafiq
olaraq 0,5% və 6,9% olacağı gözlənilir.
“Büdcə zərfi”nə əsasən, ortamüddətli dövr üzrə əsas fiskal
parametrlər xam neftin müxtəlif
qiymət ssenariləri əsasında hazırlanıb. Baza ssenari üzrə
proqnozların hazırlanması zamanı
əsas ekzogen parametr olan neftin qiyməti 65,0 ABŞ dolları müəyyən
edilib.
Bu ssenariyə əsasən, növbəti ildə ölkə iqtisadiyyatının real
ifadədə 2,9% artacağı, istehsal olunan ÜDM-in isə 134,1 milyard
manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yalnız qeyri neft-qaz
sektorunun iqtisadi artıma töhfə verəcəyi nəzərdə tutulur.

