SABAH proqramları üzrə tədrisin təşkilinə ayrılacaq vəsait məlum oldu

Baş səhifə

Bakı. Trend:

Ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq
rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən və ya
prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili
(yeni tədbir) ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə
2026-cı il üçün 15,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.




Bildirilib ki, bu 2025-ci illə müqayisədə 1,5 dəfə çoxdur.