
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən
ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin
aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin
bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların
keçirilməsi ilə bağlı xərclər üçün 21,3 milyon manat ayrılması
nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini
tapıb.
Bildirilib ki, bu 2025-ci illə müqayisədə 2,0 milyon manat,
(10,2 faiz) çox vəsait deməkdir.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon
manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə
78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə
müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

