
Bakı. Trend:
Əhalinin gəlir əldə etmək imkanlarının və rifahının
yaxşılaşması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı
ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial
müdafiəsinin gücləndirilməsi və digər sosial tədbirlərin maliyyə
təminatı üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 2
750 900 000 manat vəsait nəzərdə tutulub.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 150 700
000 manat və ya 5,8 % çoxdur.

