Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsini qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman
Əl Səudu qəbul edəcək.

Trend xəbər verir
ki, bu barədə Reuters agentliyi Vaşinqton administrasiyasının
rəsmisinə istinadən məlumat yayıb.




Məlumata görə, vəliəhd şahzadənin səfəri Vaşinqtonun Ər-Riyadı
İbrahim Sazişlərinə qoşulmağa təşviq etdiyi bir dövrə təsadüf edir.
Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib və agentlik
əlavə təfərrüatları paylaşmayıb.

Qeyd olunur ki, ABŞ administrasiyası dəfələrlə əsas məqsədinin
Səudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmasını təmin etmək
olduğunu vurğulayıb.