
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya
çempionatı start götürüb.
Trend xəbər verir
ki, yarışın ilk günündə Azərbaycan idmançısı fəxri kürsüyə
qalxıb.
M2 yaş kateqoriyasında çıxış edən Qurban Məmmədli mundialda
bürünc medal əldə edib. +100 kq çəki dərəcəsində mübarizə aparan
cüdoçumuz üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisini
məğlub edib.
Qeyd edək ki, Azərbaycan bu dünya çempionatında 34 cüdoçu ilə
təmsil olunur.

