Parisdə “Swarovski” mağazasından 200 min avroluq zinət əşyaları oğurlanıb

Baş səhifə

Bakı. Trend:

Parisdə yerləşən “Swarovski” mağazasından ümumilikdə 200 min
avro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb.

Trend xəbər verir
ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.




Hadisə zamanı mağazanın siqnalizasiya sistemi işə düşməyib və
müşahidə kameraları da soyğunçuları qeydə almayıb.

Oğurluq hadisəsi yalnız səhər mağaza açılarkən aşkarlanıb.
Mağazanın əməkdaşı qapının qırıldığını və vitrinlərin sındığını
görüb.