Bakı. Trend:
Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında baş
verən partlayış nəticəsində azı iki nəfər həyatını itirib.
Trend xəbər verir
ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə bazar ertəsi gecə polis idarəsinin
yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobilin
partlaması nəticəsində baş verib.
Şəhərin meri Sezar Seron bildirib ki, “iki ölü və bir neçə
yaralı barədə məlumat var”.
Qəzetin məlumatına əsasən, həyatını itirənlər polis idarəsinin
yaxınlığında yerləşən hotelin qonaqları olub. Partlayış nəticəsində
30-a yaxın binaya ziyan dəyib.

