
Bakı. Trend:
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşmək
üzrədir.
Trend xəbər verir
ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. 48
yaşlı mütəxəssis “Boka Xuniors”la “River Pleyt” arasında
keçiriləcək oyunu izləmək üçün planlaşdırdığı Argentinaya səfəri
təxirə salıb.
De Rossinin təyinatının yaxın vaxtlarda rəsmiləşəcəyi
gözlənilir.
Qeyd edək ki, “Cenoa” yaxın günlərdə Patrik Vieyra ilə yollarını
ayırıb. De Rossinin son çalışdırdığı klub isə “Roma” olub.

