Zelenski: Pokrovsk istiqamətində gərgin döyüşlər gedir

Baş səhifə
Zelenski: Pokrovsk istiqamətində gərgin döyüşlər gedir

Pokrovsk istiqamətində gərgin döyüşlər gedir, amma şəhəri nəzarətimizdə saxlayırıq.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.

O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin bütün qoşun növlərindən Pokrovsk və qonşu yaşayış məntəqələrinin müdafiəsinə hərbçilər cəlb olunub: “Rusiya ordusunun bütün hücumlarının qarşısı uğurla alınır. Hazırda vəziyyət bundan ibarətdir”.

Qeyd edək ki, son günlər Rusiya ordusu əsas hücumlarını Donetsk vilayəti, Ukraynanın strateji şəhərlərindən olan Pokrovsk istiqamətinə yönəldib.