Bakı. Trend:
“Tesla” və “SpaceX”in Baş direktoru İlon Mask bildirib ki,
mövcud formada smartfonların dövrü sona yaxınlaşır. Onun fikrincə,
süni intellekt texnologiyası yaxın beş il ərzində smartfonları
tamamilə əvəz edəcək.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Mask bu fikirləri Co Roqanın
podkastında səsləndirib:
“Gələcəyin telefonu nə əməliyyat sistemi, nə də tətbiqlərdən
ibarət olacaq. Sadəcə süni intellekt üçün bir körpü, vasitə rolunu
oynayacaq”.

