Bakı. Trend:
İsrail Qəzza zolağının Səhiyyə Nazirliyinə daha 45 fələstinlinin
nəşini təhvil verib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyinin rəsmi
“Telegram” kanalında məlumat yayılıb.
Ümumilikdə, atəşkəs razılaşması çərçivəsində və Beynəlxalq
Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Fələstin anklavına 270
nəfərin meyiti qaytarılıb.
Nazirliyin məlumatına görə, onlardan 78-nin şəxsiyyəti artıq
müəyyən edilib.

