Tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəşid
Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.

Hökmə əsasən, Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum etmə
cəzasına məhkum edilib.




Qeyd edək ki, hadisə keçən il 3 mayda Maştağa qəsəbəsində baş
verib. Rəşid Babayev Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər
yetirib. Yaralı xəstəxanada ölüb.

Bildirək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.