Maştağa sakini Roman Əsgərovu qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayev 9 il müddətə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi iclasda elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.
İttihama görə, 1974-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovu, tanışı- 1966-cı il təvəllüdlü həmin qəsəbə sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev qətlə yetirib.
R.Babayev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

