Bakı. Trend:
NATO hərbi komitəsinin rəhbəri admiral Cuzeppe Kavo Draqone
Ukrayna münaqişəsinin həllinin “dalana dirəndiyini” etiraf edərək
tərəfləri danışıqlara çağırıb.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
“Oturub danışmağın vaxtıdır, çünki Ukrayna münaqişəsi insan
həyatlarının mənasız itkisidir”, – deyə o bildirib.
Draqone qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevə dəstəkdən
imtina etmək niyyətində deyil.
Admiral bu dəstəyin Ukraynanın uzunmüddətli sülh danışıqları
masası arxasında əyləşənədək davam edəcəyini vurğulayıb.

