Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının
(BBP) sədri Mustafa Desticini qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında
qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif
istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi
partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında
münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.

Görüşdə, həmçinin, regional təhlükəsizlik məsələləri,
post-münaqişə dövründə bölgəmizdə vəziyyət, bərpa-quruculuq işləri,
beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx
əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər
ətrafında fikir mübadiləsi aparılıb.