İspaniya tarixində ilk: baş prokurora qarşı məhkəmə prosesi başlayıb

Baş səhifə

Bakı. Trend:

İspaniyanın baş prokuroru Alvaro Qarsiya Ortisə qarşı açılmış
cinayət işi üzrə ölkənin Ali Məhkəməsində dinləmələrə
başlanılıb.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, baş prokuror istintaq sirrinin yayılmasında
şübhəli bilinir.




Ali Məhkəmənin bildirdiyinə görə, dinləmələr 13 noyabra qədər
davam edə bilər və proses çərçivəsində ümumilikdə 40 şahidin ifadə
verməsi nəzərdə tutulub.

Yerli KİV Qarsiya Ortisin İspaniyanın demokratik tarixində
məhkəmə qarşısına çıxan ilk baş prokuror olduğunu yazır.