
Bakı.Trend:
29 sentyabr 2014-cü ildə imzalanmış “Xəzər dənizinin su bioloji
resurslarının mühafizəsi və səmərəli istifadəsi barədə” sazişə
əsasən yaradılmış Xəzər dənizinin su bioloji resurslarının
mühafizəsi və səmərəli istifadəsi, eləcə də onların birgə
ehtiyatlarının idarə olunması üzrə Komissiya bu ilin noyabr ayının
sonlarından işinə başlayacaq.
Bunu Trend-ə
müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin
direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, bu il komissiya Türkmənistanın Aşqabad şəhərində
toplanacaq:
“Həmin komissiya ildə bir dəfə toplanır və dənizdə olan
balıqların ümumi kvotasını müəyyən edir. Komissiyanın tərkibində
beş Xəzəryanı dövlətin səlahiyyətli qurumlarının nümayəndələri
iştirak edəcək. Biz də bu il həmin komissiyanın tərkibində
olacağıq”.
C.Əliyev əlavə edib ki, bundan öncəki illərdə isə yalnız Rusiya
Federasiyasının araşdırmalarına istinad edirdik, indi isə öz
nəticələrimiz əlimizdə olacaq.

