Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs
saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bidlirilib ki, Nizami rayonunda naməlum şəxs gecə saatlarında
paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu
ələ keçirib.




Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini
törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq
saxlanılıb.

Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən
videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.

Araşdırma aparılır.