Nazir: Bilik transferi 2027-2030-cu illər Azərbaycan elminin hədəfləri sırasında olacaq

Baş səhifə

“Qısa müddət ərzində rəqəmsal texnologiyalar sahəsində regional liderə çevrilmə imkanımız var”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, son illər təhsil sahəsində həyata keçirilən bir çox ardıcıl və məqsədyönlü islahatlar Azərbaycan təhsilini regionda texnoloji inkişaf mərkəzinə çevirməkdədir: “Rəqəmsallaşma, suni intellekt istiqamətində elmi stragetegiyaların inkişafı Azərbaycan elminin prioritetlərindəndir. Xüsusilə, siyasət, sosial innovasiyalar sahəsində inkişaf vacibdir. Bu baxımdan bilik transferinin gerçəkləşməsi 2027-2030-cu illər Azərbaycan elminin əsas hədəfləri sırasında olacaq”.