
Bakı. Trend:
Noyabrın 3-də Səmərqənddə keçirilən UNESCO Baş Konfransının
43-cü sessiyasında 15 dekabr tarixinin Ümumdünya Türk Dili Ailəsi
Günü kimi elan edilməsi barədə qərar qəbul edilib.
Trend xəbər verir
ki, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasından
bildirilib ki, seçilmiş tarix 1893-cü ilin əlamətdar bir günü ilə
əlaqəlidir.
Məhz həmin gün danimarkalı alim Vilhelm Tomsen “Orxon”
yazılarını – türk dillərinin ümumi köklərini üzə çıxaran ən qədim
yazılı abidələri oxuyub deşifrə edib.
İki ildən bir çağırılan UNESCO Baş Konfransında təşkilatın 194
üzv dövlətinin nümayəndələri iştirak edir və burada təhsil, elm,
mədəniyyət və kommunikasiya sahələrində qlobal prioritetlər müəyyən
edilir.
Bu il Səmərqənddə keçirilən 43-cü sessiya mədəniyyətlərarası
dialoqun təşviqi, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıq
vasitəsilə dayanıqlı inkişaf məsələlərinə həsr olunub.


