
Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek və Pentaqon rəhbəri Pit Heqset noyabrın 4-də Seulda iki ölkə arasında 57-ci təhlükəsizlik məsələləri üzrə konsultativ görüş keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Pentaqon rəhbəri artıq Cənubi Koreyada səfərdədir.
Agentliyin məlumatına görə, konsultativ görüş mühüm hərbi siyasi məsələlərlə bağlı koordinasiya və məlumat mübadiləsinin aparılması məqsədi daşıyır və müdafiə sahəsində ən yüksək səviyyədə gündəlik dialoq mexanizmidir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

