
Bakı. Trend:
Venesuela prezidenti Nikolas Maduronun sayılı günləri qalıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp CBS
telekanalında yayımlanan “60 dəqiqə” proqramında bildirib.
ABŞ-nin Venesuela ilə müharibə edib-etməyəcəyi barədə suala
cavab verərkən Tramp bunun baş verəcəyinə şübhə etdiyini qeyd
edib.
“Mən buna şübhə edirəm, elə düşünmürəm. Amma onlar bizə çox pis
davranırlar, məsələ təkcə narkotiklərlə bağlı deyil, onlar
həbsxanalarından və psixiatrik müəssisələrindən yüz minlərlə
arzuolunmaz şəxsi ölkəmizə buraxıblar”, – Ağ Ev rəhbəri
bildirib.
Tramp Venesuela probleminin narkotiklərlə, yoxsa Maduronun
hakimiyyətdən getməsi ilə bağlı olub-olmaması sualına birbaşa cavab
verməkdən yayınsa da, “Maduronun sayılı günləri qalıb?” sualına
“Bəli, belə demək olar” cavabını verib.

