Gürcüstandan 121 əcnəbi deportasiya edilib

Baş səhifə

Son bir ay ərzində Gürcüstandan 121 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Çad, Kot-d’İvuar, Rumıniya, Rusiya, Nigeriya və digər ölkələrin vətəndaşları olan həmin şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstandan əcnəbilərin qovulmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.