Azərbaycanda ən populyar axtarış sistemlərinin adları məlum olub

Baş səhifə

Bakı. Trend:

Cari ilin oktyabr ayında “Google” Azərbaycanın ən populyar
axtarış sistemi kimi mövqeyini qoruyub saxlayıb və onun payı 81,92
faiz təşkil edib.

Trend-in “Global
Stats” statistika mərkəzindən əldə etdiyi məlumata görə, “Google”un
payı cari ilin sentyabr ayı ilə müqayisədə 0,99 faiz azalıb .




“Yandex” axtarış sisteminin payı isə hesabat dövrü ərzində,
əksinə 0,99 faiz bəndi artaraq, 15,63 faiz təşkil edib.

Digər yandan, oktyabr ayında “Bing”in payında cüzi artım qeydə
alınıb; 0,08 faiz bəndi – 1,49 faizə qədər artıb. “Yahoo” axtarış
sisteminin payı isə 0,09 faiz bəndi – 0,43 faizə qədər azalıb.