Yaponiyada amerikalı dəniz piyadası həbs olunub

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Naha şəhərində ABŞ dəniz piyadaları korpusunun hərbi
qulluqçusu həbs olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, hadisə gecə yarısı restoranın qarşısındakı küçədə
baş verib. Həmin şəxs yerli restoranın ofisiantına qarşı
zorakılıqda ittiham olunur. ABŞ-nin Okinava prefekturasının Urasoe
şəhərində yerləşən “Camp Kinser” adlı logistika bazasında xidmət
edən 37 yaşlı baş gizir spirtli içki qəbul etdikdən sonra yerli
restoranlardan birinin ofisiantına hücum edib və onun boğazından
tutub.

Qeyd edək ki, Yaponiyanın Okinava adasında ABŞ Silahlı
Qüvvələrinə məxsus obyektlərin ümumi sahəsinin 70 faizdən çoxu
yerləşir, o cümlədən ABŞ-dan kənarda yerləşən ən böyük hərbi-hava
bazası – Kadena bazası da burada fəaliyyət göstərir.