Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Baş səhifə

Bakı.Trend:

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Trend xəbər
verir ki, hadisə oktyabrın 1-i Yaşıldərə adlanan ərazidə qeydə
alınıb.




Belə ki, Xəyal Paşayev şəxsi münasibətlər zəminində mübahisə
zamanı bıçaqla Mehdi Qəhrəmanova ağır bədən xəsarəti yetirib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası
CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai
istintaq aparılır.