Ağ Ev Venesuela ilə müharibə etmək niyyətində olmadığını bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Venesuela ilə müharibə etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində bildirib.

“Mən buna şübhə edirəm. Düşünmürəm. Amma bizə qarşı çox pis
davranıblar”, – deyə o qeyd edib.




Eyni zamanda, Amerika prezidenti Nikolas Maduronun Venesuela
prezidenti kimi günlərinin sayılı olduğunu ehtimal edib.

Tramp Maduronun tezliklə vəzifəsindən gedəcəyini haqda sualına “Bəli, mən belə düşünürəm” cavab verib .