Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ prezident seçkilərində yenidən
namizədliyini irəli sürmək ehtimalını düşünmədiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp ABŞ Konstitusiyasına 22-ci
düzəlişə baxmayaraq, dövlət başçısı seçilmək üçün üçüncü cəhd etmək
niyyətində olması ilə bağlı sualına cavab verərkdən deyib.
“Düzü, bu barədə heç düşünmürəm də. [Amma] sizə deyim ki, bir
çox insan mənim yenidən namizədliyimi irəli sürməyimi istəyir”, –
deyə o bildirib.
“Lakin bizimlə Demokratlar arasındakı fərq ondadır ki, kürsüdə
güclü namizədlərimiz var. Ad çəkmək istəmirəm, çünki bu, yersiz
olardı. Hələ çox tezdir”, – deyə o əlavə edib.
“Mən [ABŞ vitse-prezidenti] Cey Di Vensi, [ABŞ dövlət katibi]
Marko Rubionu çox bəyənirəm. Çox insanı bəyənirəm. Bizim inanılmaz
namizədlərimiz var”, – deyə D.Tramp potensial varisi kimi gördüyünü
sual veriləndə bildirib.

