ABŞ Venesuela yaxınlığındakı hərbi dəniz bazasını modernləşdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlar
aparır.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi təhlil
etdiyi peyk görüntülərinə istinadən xəbər verib.




Məlumata əsasən, sentyabrın 7-də Puerto Rikoda yerləşən ABŞ
Hərbi Dəniz Qüvvələrinin Ruzvelt -Rouds Hərbi Hava Bazasında
tikinti işləri başlanıb. Uçuş-enmə zolağına aparan yollarda
səkilərin təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.

Bundan əlavə, ABŞ Amerika Virgin Adalarının tərkibində olan
Puerto Riko və Sent-Krua şəhərlərində mülki hava limanları
infrastrukturunu genişləndirir. Bu ərazilər Venesueladan təxminən
800 km (500 mil) məsafədə yerləşir.