Hindistan orbitə hərbi rabitə peyki buraxıb.

Baş səhifə

Bakı. Trend:

“LVM3-M5” raket daşıyıcısı Hindistan Hərbi Dəniz Qüvvələri üçün
GSAT-7R (CMS-03) kosmik rabitə peykini Yer orbitinə uğurla
buraxıb.

Trend-in məlumatına görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar
Təşkilatı (ISRO) məlumat yayıb.




Bildirilib ki, raket yerli vaxtla saat 17:26-da Hindistanın
cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dhavan Kosmik
Mərkəzinin buraxılış meydançasından buraxılıb.

Peyk Hind okeanı bölgəsində Hindistan döyüş gəmiləri, sualtı
qayıqları, təyyarələri və sahil komanda məntəqələri arasında
etibarlı real vaxt rabitəsi təmin etmək üçün nəzərdə tutulub.