Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına
işgüzar səfəri çərçivəsində Böyük Misir Muzeyinin açılış
mərasimində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, müxtəlif ölkələrin dövlət, hökumət və parlament
rəhbərlərinin iştirak etdiyi tədbirdə Misir Ərəb Respublikasının
Prezidenti Əbdülfəttah Əs-Sisinin iştirakçılara müraciəti
səsləndirilib. Həmçinin, Misir Ərəb Respublikasının Baş naziri
Mustafa Mədbuli salamlama nitqi söyləyib.

Açılış mərasimi Misir mədəniyyətini əks etdirən bədii proqramın
nümayişi ilə davam edib, daha sonra muzeyin ən simvolik
artefaktlarının sərgisi nümayiş olunub.

Qeyd edək ki, muzeydə Misir sivilizasiyasının müxtəlif
dövrlərinə aid eksponatlar və 100.000-dən çox artefakt
mövcuddur.