İsmayıllıda ağır yol qəzası baş verib, ölən var

Baş səhifə
İsmayıllıda ağır yol qəzası baş verib, ölən var

İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.