Türkiyədə 21 bina və 28 iş yeri təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda oktyabrın 29-da
yeddimərtəbəli binanın çökməsindən sonra təhlükəsizlik tədbirləri
gücləndirilib.

Trend xəbər verir
ki, hadisə baş verən ərazidə 28 iş yeri və 21 bina boşaldılıb.
Mütəxəssislər bir neçə binada ciddi zədələr və daşıyıcı sütunlarda
çatlar müəyyən ediblər.




Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri
Murat Kurum bildirib ki, ərazidə genişmiqyaslı araşdırmalar
aparılır və bu işlərə 40-a yaxın mütəxəssis cəlb olunub.

Hazırda bölgədən 250-dən çox sakin təxliyə edilib. Xatırladaq
ki, sözügedən binanın çökməsi nəticəsində bir ailənin dörd üzvü
həyatını itirib.