
Bakı. Trend:
Məşhur britaniyalı rejissor və Oskar mükafatı laureatı Piter
Uotkins 91 yaşında dünyasını dəyişib.
Trend xəbər verir
ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilir ki, rejissor 30 oktyabrda son 25 ilini yaşadığı
Fransanın Burqenuf kommunasındakı xəstəxanada vəfat edib.
Uotkins 1967-ci ildə Böyük Britaniyaya nüvə hücumu mövzusunda
çəkdiyi “Müharibə Oyunu” sənədli filmi ilə “Oskar” mükafatına layiq
görülüb. Daha sonra BBC ilə fikir ayrılığı yaşayan rejissor
karyerasını xaricdə davam etdirməyə məcbur olub.
Piter Uotkins 1935-ci ildə İngiltərənin Norbiton şəhərində
anadan olub, orduda xidmət etdikdən sonra Kral Dram Sənəti
Akademiyasında təhsil alıb. O, yaradıcılığı ərzində 17 filmin
rejissoru olub.

