
Bakı. Trend:
“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki
rəqiblərindən olan “Çelsi” İngiltərə Premyer Liqasının X turu
çərçivəsində növbəti oyununu keçirib.
Trend xəbər verir
ki, London təmsilçisi səfərdə “Tottenhem” üzərində 1:0 hesabı ilə
qalib gəlib.
Tura sabah 3 oyun ilə yekun vurulacaq.
Qeyd edək ki, “Çelsi” növbəti matçını noyabrın 5-də Bakıda
“Qarabağ”a qarşı keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika
Stadionunda saat 21:45-də başlayacaq.
Turun digər nəticələri:
“Fulhem” – “Vulverhempton” 3:0
“Kristal Pelas” – “Brentford” 2:0
“Brayton” – “Lids” 3:0
“Börnli” – “Arsenal” 0:2
“Nottinqem Forest” – “Mançester Yunayted” 2:2
“Tottenhem” – “Çelsi” 0:1
“Liverpul” – “Aston Villa” 2:0
“Vest Hem Yunayted” – “Nyukasl Yunayted”
“Mançester Siti” – “Bornmut”
“Sanderlend” – “Everton”

