
Bakı. Trend:
Parisdə məhkəmə Luvr muzeyində baş vermiş 102 milyon dollar
dəyərində zinət əşyalarının oğurlanması ilə bağlı saxlanılan beş
nəfərdən ikisinə – bir qadın və bir kişiyə rəsmi ittiham irəli
sürüb.
Trend xəbər verir
ki, daha üç nəfər istintaqdan sonra sərbəst buraxılıb. Paris
prokurorunun açıqlamasına görə, 37 yaşlı kişi əvvəllər də oxşar
cinayətlərə görə polisə tanış olub və o, mütəşəkkil oğurluq və
qabaqcadan əlbir olmaqda təqsirləndirilir.
Beləliklə, bu iş üzrə rəsmi ittiham olunanların sayı dördə
çatıb. Onlardan ikisi – Fransada yaşayan 34 yaşlı Əlcəzair
vətəndaşı və Paris ətrafında yaşayan 39 yaşlı taksi sürücüsü –
oktyabrın 25-də saxlanılıb və 29-da məhkəmə qarşısına çıxarılaraq
ittiham olunub.
Əlcəzair vətəndaşının kimliyi qaçış zamanı istifadə edilən
skuterdə aşkar edilən DNT izləri vasitəsilə müəyyən edilib.

