Nyu-Yorkda iki sərnişin təyyarəsi toqquşub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərində yerləşən LaGuardia hava limanında
“United Airlines” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi
uçuş-enmə zolağında toqquşub.

Trend xəbər verir
ki, bu barədə “Daily Mail” məlumat yayıb.




Sərnişinlərdən birinin sözlərinə görə, təyyarə hərəkət etdiyi
zaman sərnişinlər yüngül sarsıntı hiss ediblər, lakin kapitan
hadisəni elan edənədək bunun başqa təyyarə ilə toqquşma olduğunu
bilməyiblər.

Hadisədən sonra hər iki təyyarə terminala qayıdıb. 328 sərnişin
və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb. Hazırda
mütəxəssislər təyyarələrdən birinə dəyən ziyanı qiymətləndirir və
mümkün texniki nasazlıqları araşdırırlar.