Bakı. Trend:
Vyetnamın mərkəzi hissəsində baş verən güclü leysan yağışları və
daşqınlar nəticəsində azı 28 nəfər həlak olub, daha altı nəfər
itkin düşüb.
Trend xəbər verir
ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi
məlumat yayıb.
Təbii fəlakət zamanı minlərlə insan sel və torpaq sürüşməsi
nəticəsində su basmış və dağılmış evlərini tərk etmək
məcburiyyətində qalıb.
Bildirilib ki, 245 mindən çox sakin işıqsız qalıb.
Oktyabrın 25-dən başlayan güclü yağışların noyabrın 4-dək davam
edəcəyi proqnozlaşdırılır.

