Bakı. Trend:
İtaliyanın “Cenoa” futbol klubu baş məşqçisi Patrik Viyeranın
istefaya göndərildiyini elan edib.
Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçi təyin olunana qədər komandaya Roberto Murcita və
Domeniko Krişto rəhbərlik edəcək.
Qeyd edək ki, doqquz turdan sonra “Cenoa” üç xalla İtaliya A
Seriyasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

