Zaqatala sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxslərdən daha biri saxlanılıb

Baş səhifə
Zaqatala sakinini döyüb öldürməkdə şübhəli bilinən şəxslərdən daha biri saxlanılıb

Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olmaqda şübhəli bilinən şəxslərdən biri də saxlanılıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, İ.Musayev oktyabrın 22-də iki şəxs tərəfindən ölümcül döyülüb və oktyabrın 27-də müalicə aldığı xəstəxanada həyatını itirib. Bir müddət öncə əməli törətməkdə şübhəli bilinən şəxslərdən biri – Rasim Abbasov polis əməkdaşları tərəfindən saxlanılmışdı.