
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan İsveçrəyə
247,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac
edilib.
Trend bu barədə İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın
oktyabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu rəqəm 128,2 milyon ABŞ dolları və ya ötən ilin
eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə sentyabr ayında Azərbaycandan adı çəkilən ölkəyə 27,7
milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki,
bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 8,7 milyon ABŞ
dolları və ya 45,8% çoxdur.
Qeyd olunur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft ixracı 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

