Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planı hazırlanacaq

Baş səhifə

Bakı. Trend:

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı
AMEA-nın tədbirlər planı hazırlanacaq.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin növbəti iclasında məlumat verilib.




Bildirilib ki, Rəyasət Heyəti tərəfindən Birinci Türkoloji
Qurultayın 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirlər planının
hazırlanması ilə bağlı müvafiq qərar qəbul olunub.