Səfir: Sudan müharibə bölgəsinin bərpası üçün Qarabağın inşası proqramından istifadə edəcək

Baş səhifə
Sudan münaqişə ərazilərinin bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə edəcək

Sudan hazırda müharibə gedən bölgələrin gələcəkdə bərpası üçün Qarabağın inşası proqramından istifadə edəcək.

“Report” xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa “Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)” haqqında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq:

“Ötən il Qarabağda görülən işlərlə tanış olduq və Xocalını da ziyarət etdik. Azad edilmiş ərazilərdə quruculuq işləri görülür. Həmin bərpa proqramı bizim üçün də önəmlidir”.